Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutub | Icma.az
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişəni müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Ağ Ev lideri “New York Post”a müsahibəsində bildirib.
Trampın sözlərinə görə, Vladimir Putin Ukraynadakı münaqişədə insanların ölməsini dayandırılmasını istəyir.
Ağ Ev rəhməri həmçinin Baydendən fərqli olaraq Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib.
Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.
Tərəflərin nə qədər danışdıqlarına dair suala ABŞ Prezidenti “Mən susmağı üstün tuturam” cavabını verib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu