Donald Tusk müharibənin nə vaxt bitəcəyini açıqlayıb

29.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Polşanın Baş naziri Donald Tusk Ukrayna, Polşa və bütün Avropa regionun təhlükəsizliyi üçün növbəti 7-8 ayın son dərəcə kritik və həlledici olacağını bəyan edib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Polşa hökumətinin rəhbəri Rusiyanın həm Ukraynadakı müharibədə, həm də bütün region miqyasında ciddi şəkildə miqyaslı eskalasiyaya (gərginliyi artırmağa) hazırlaşdığına dair kəşfiyyat məlumatlarının olduğunu bildirib.

Onun sözlərinə görə, son həftələrdə Rusiyanın gərginliyi artırmağa hazırlaşdığını göstərən əlamətlər müşahidə olunub.

"Məlumdur ki, Rusiya həm Ukrayna ilə müharibədə, həm də bütün regionda gərginliyin artmasına çox ciddi şəkildə hazırlaşır və qarşıdakı payız və qış ayları Rusiya üçün həlledici olacaq", – deyə Tusk bildirib.

Xatırladaq ki, avqustun 26-da "Bloomberg" agentliyi məlumat yayıb ki, danışıqlar prosesinin dalana dirənməsi səbəbindən Rusiya Ukraynadakı münaqişəni gərginləşdirməyə hazırlaşır.

Eyni dövrdə ABŞ-lı demokrat senator Riçard Blumental qeyd edib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff Ukraynadakı münaqişənin gərginləşməsinin qarşısını almaq məqsədilə Rusiyaya səfər edib.

Əhməd
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью