Donanma gəmisi körpüyə çırpıldı: Ölən və yaralananlar var

20.05.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın Nyu-York şəhərində Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi Bruklin körpüsünün altından keçməyə cəhd edərkən dirəkləri sınıb. 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə turistlər tərəfindən kameraya çəkilib.

Sfera.az bildirir ki, əksəriyyəti dəniz akademiyasının tələbələri olan 277 nəfəri daşıyan yelkənli gəminin 43 metr uzunluğundakı üç dirəyi körpüyə çırpılaraq bir-bir qırılıb.

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 20 nəfər xəsarət alaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью