GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İrana növbəti dəfə sərt xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı o, “Truth” sosial şəbəkəsində paylaşım edib.
ABŞ lideri bildirib ki, İran istiqamətində böyük bir hərbi donanma hərəkətə keçib.
Trampın sözlərinə görə, gəmilər yüksək sürətlə, ciddi güc və konkret məqsədlə irəliləyir. Qrupun önündə isə “Abraham Linkoln” aviadaşıyıcısı dayanır.
Prezident qeyd edib ki, bu hərbi birləşmə Venesuelaya göndərilən qüvvələrdən daha böyükdür və zərurət yaransa, missiyasını maksimum sürət və güclə yerinə yetirəcək:
“İranın ədalətli, bərabər və nüvə silahlarını qadağan edən sazişi imzalamağa razılaşması bütün tərəflərin maraqlarına uyğundur. Vaxt azalır və hər keçən an böyük əhəmiyyət daşıyır”.
Safura Bənnayeva
Globalinfo.az