Donatella Versace məşhur brendinin direktorluğundan ayrıldı

13.03.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İtalyan modelyer Donatella Versace 30 ilə yaxın işlədiyi "Versace" moda evinin kreativ direktoru vəzifəsini tərk edib.

BAKU.WS xəbər verir ki, bu barədə moda evinin nümayəndələri martın 13-də X sosial şəbəkəsində məlumat veriblər.

"Donatella Versace baş brend səfiri rolunu üzərinə götürəcək", - deyə məlumatda deyilir.

O, yeni rolunda özünü moda evinin xeyriyyə işlərinə həsr edəcək və brendin dünya miqyasında müdafiəçisi olaraq qalacaq.        

Yaradıcı direktor vəzifəsini Dario Vitale icra edəcək. O, aprelin 1-dən vəzifəsinin icrasına başlayacaq.       

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью