Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ hesab edir ki, müharibəni bitirmək üçün ukraynalılar öz ərazilərindən geri çəkilməlidirlər.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Preidenti Volodimir Zelenski Danimarkaya səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada deyib.
Zelenski açıq bəyan edib ki, ABŞ administrasiyası ona Ukraynanın Donbası təslim etməsini təklif edir. Onun sözlərinə görə, Amerika tərəfi bu məsələni daim qaldırır və ərazi güzəştlərinə müharibəni bitirməyin yolu kimi baxır. Lakin Ukrayna başçısı bu tələblərin və ümumiyyətlə, Ukrayna ilə bu cür danışmağın qəbuledilməz olduğunu bildirib: "Bizimlə bu cür danışmaq olmaz”.
Zelenski əlavə edib ki, Donald Trampın elçilərinə Donbasın verilməsinin mümklün olmadığını dəfələrlə izah edib: "Kuşnerə və Uitkoffa dəfələrlə izah etmişəm ki, Donbas mənim mülküm deyil. İki kilometr çox və ya az güzəştə gedəcəyimə qərar verə bilmərəm; bu, daşınmaz əmlak sövdələşməsi deyil. İnsanlar üçün çox həssas olan mövzulardan danışırıq; rusların Floridaya hücum etdiyini düşünməyə çalışın".
Bununla da Zelenski daha çox əmlak ticarətilə məşğul olan iş adamlarına bu cür strateji əhəmiyyətli siyasi mövzuları izah etyməyin nə qədər çətin olduğunu çatdırmaq istəyib…
Zelenski həmçinin, dünən başa çatan Əbu-Dabi danışıqlarına da münasibət bildirib. O deyib ki, Ukrayna növbəti dəfə Rusiya ilə atəşkəs barədə razılığa gələ bilməyib, çünki Vladimir Medinskinin nümayəndə heyətinin bu cür qərarlar verməyə səlahiyyəti çatmır.
O qeyd edib ki, Əbu-Dabidə Rusiyaya atəşkəs - enerji atəşkəsi, dənizdə atəşkəs və vacib infrastrukturla bağlı atəşkəs təklif edilib, lakin rus nümayəndə heyəti susub.
Zelenskinin sözlərinə görə, Uitkoff və Kuşner bu məsələləri bu gün baş tutacaq Putinlə görüşdə qaldıracaqlar. Ukrayna başçısı məhz Moskvadakı danışıqlardan sonra bu məsələyə dair cavab alacaqlarını gözləyir.
C.Məmmədli
“AzPolitika.info”