Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Zelenski bildirib ki, bu gün Əbu-Dabidə keçiriləcək danışıqlarda Donbas məsələsi (Ukrayna qüvvələrinin Kramatorsk və Slavyanskdan, eləcə də Donbasın 25%-dən çıxarılması) əsas müzakirə mövzusu olacaq.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Əminəm ki, bu, Zelenskinin hiyləgər oyunudur. Əslində, Zelenski çoxdan Ukrayna qüvvələrini Donbasdan çıxarmağa hazır idi. Amma o, bunu elan etmir. Çünki o, Ukrayna qüvvələrinin Donbasdan çıxarılmasını ya Trampın ona Ukrayna prezidenti olaraq qalmasına icazə verməsi, ya seçkiləri uzun müddət təxirə salmaq, ya da seçkiləri öz xeyrinə saxtalaşdırmaq müqabilində etmək istəyir. Zelenski üçün ən vacib məsələ budur, Donbas yox”, - Markov bildirib.