Donbas Rusiyaya verilməsə, heç bir zəmanət olmayacaq?

27.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ administrasiyasının Ukrayna qarşısında, təhlükəsizlik zəmanətləri qarşılığında Donbas üzərində nəzarətin Rusiyaya verməsi şərtini irəli sürdüyü iddia edilir.

“Cebheinfo.az”-ın məlumatına görə, “Financial Times” belə yazır. 

Məlumata görə, Vaşinqton Kiyevə sülh müqaviləsinin imzalanması və Donbasın Rusiyaya verilməsi barədə mesaj çatdırıb.

Qeyd edilir ki, Ukraynanın, nəzarəti altında olan Donbas bölgəsindən qoşunlarını çıxaracağı təqdirdə, sülh dövründə Ukrayna Silahlı Qüvvələrinə daha çox silah verilə biləcəyi nəzərdə tutulur.

Lakin nəşr qeyd edir ki, ABŞ-nin hər hansı rəsmi öhdəlik götürüb-götürməyəcəyi hələ də məlum deyil.

Ukraynanın yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin imzalanmasını hər dəfə dayandırır. Ağ Ev isə bu iddiaları təkzib edib. 

“Bu, tamamilə inandırıcı deyil. ABŞ-ın sülh prosesindəki yeganə rolu müqavilə bağlamaq üçün hər iki tərəfi bir araya gətirməkdir. “Financial Times” qəzetinin pis niyyətli şəxslərin anonim şəkildə yalan danışmasına icazə verməsi təəssüf doğurur” - Ağ Evin mətbuat katibinin müavini Anna Kelli belə deyib.

ABŞ-ın mövqeyi ilə tanış olan bir mənbə isə israr edir ki, Vaşinqton Ukraynaya heç bir ərazi güzəştlərini təlqin etməyə çalışmır.

Müşfiq Abdulla 
 “Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью