Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkənin müdafiə qüvvələri hazırda nəzarətində olan Donbas ərazilərini tərk etməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Düşünürəm ki, Donbasdan geri çəkilmək bu müharibəni uduzmaq deməkdir. Mən həqiqətən belə hesab edirəm. Söhbət döyüşlər nəticəsində geri çəkilməkdən deyil, öz qərarımızla torpaqlarımızı tərk etməkdən gedir. Çünki məsələ bir neçə hektar ərazidən ibarət deyil. Heç kim, təhlükəsizlik zəmanətləri nə qədər güclü olsa da, dövlətinizin bir hissəsini könüllü şəkildə təhvil verdikdən sonra sizi başqa əraziləri də verməyə məcbur etməyəcəklərinə zəmanət verə bilməz”, – Zelenski vurğulayıb.
O, Ukrayna ərazilərinin təhvil verilməsi variantını qəbuledilməz hesab etdiyini bildirib. Zelenskinin fikrincə, Rusiya rəhbərliyində Ukraynanın bir hissəsinin güzəştə gedilməsi halında Xarkov, Dnepr və ya Zaporojye vilayətlərinə dair də oxşar tələblərin irəli sürülə biləcəyi düşüncəsi üstünlük təşkil edir.
“Əminəm ki, müdafiə qüvvələrimiz və Silahlı Qüvvələrimiz sayəsində hamımız mövqelərimizi qorumalı, müqavimət göstərməli və əlbəttə ki, sülhün bərqərar olması üçün əlimizdən gələni etməliyik. Danışıqlar çox vacibdir. Əgər onlar bizi təslim edə bilməsələr, bu, bizdən, ABŞ-ın qətiyyətindən və Avropanın birliyindən asılıdır. Buna nail ola bilməsələr, atəşkəsə gedəcəklər”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya hazırda ayda 50 mindən çox hərbçi itirdiyi üçün atəşkəsə razılaşmalıdır.