Donbassda 3 kənd ruslardan azad edib

24.08.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sırski təfərrüatları açıqladı...

Ukrayna Müdafiə Qüvvələri müvəffəqiyyətlə əks-hücuma keçərək Donetsk vilayətində üç yaşayış məntəqəsini-Mixaylivka, Zeleni Qay və Vladimirovkanı rus işğalçılarından təmizləyiblər.

SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.

O qeyd edib ki, Pokrovsk istiqaməti cəbhədə ən çətin istiqamət olaraq qalır.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı paylaşıb ki, Ukrayna hərbçiləri düşmənin üstün qüvvələrinə baxmayaraq, Pokrovsk şəhərinin müdafiəsini davam etdirir.

...Pokrovsk istiqamətində döyüş tapşırıqlarını yerinə yetirən bölmələrin komanda məntəqələrində işləmişəm. Korpus və briqada komandirlərinin əməliyyat vəziyyəti ilə bağlı məruzələrini dinlədim. Vəziyyət doğrudan da ağırdır, düşmən əsas qüvvəsini cəbhənin bu hissəsində cəmləyib. Amma biz xətti tutmalıyıq. Hərbi əməliyyatların təşkilinə köməklik göstəriləcək. Əlavə döyüş sursatları, pilotsuz uçuş aparatları və elektron döyüş texnikası ilə bağlı məsələlər həll olunub.

Bunu da Sırski yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Pokrovsk şəhərinin müdafiəsini həyata keçirən 25-ci Hava Desant, 68-ci Yaeger, 32 və 155-ci Mexanikləşdirilmiş Briqadaların əsgərləri ilə də danışdığını bildirib.

...Mən ən yaxşı əsgərləri mətanət, şücaət və hərbi borcunu nümunəvi yerinə yetirdiklərinə görə mükafatlandırdım, - Sırski əlavə edib.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью