Donçiçdən 52 xallıq şou NBA da gecənin nəticələri

26.10.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, gecənin ən diqqətçəkən hadisəsi “Los-Anceles Leykers”in ulduzu Luka Donçiçin möhtəşəm çıxışı olub.

Sloveniyalı basketbolçu “Yuta Cazz”la səfər qarşılaşmasında 52 xal toplayaraq komandasının 132:123 hesablı qələbəsində əsas pay sahibi olub.

Donçiç 8 ribaund və 10 məhsuldar ötürmə ilə də yadda qalıb. 

Bu, NBA-nın 2026/27 mövsümündə qeydə alınan ilk 50 xallıq fərdi performans olub. “Leykers”in digər basketbolçusu Ostin Rivz 29 xal toplayıb. “Yuta”da isə Lauri Markkanen 28 xalla fərqlənib.

Los-Anceles təmsilçisi görüşün gedişində 18 xal geri düşməsinə baxmayaraq, geridönüş edərək mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb.

Gecənin digər qarşılaşmalarında “Oklahoma-Siti Tander” “Los-Anceles Klippers”i 108:101 hesabı ilə məğlub edib. Şey Gildceus-Aleksander 34 xalla qələbənin əsas memarı olub.

“İndiana Peysers” “Bruklin Nets” üzərində 136:109 hesablı qələbə qazanıb. “Orlando Mecik” isə son çempion “Nyu-York Niks”i 111:102 hesabı ilə üstələyib.

NBA-da gecənin bütün nəticələri:

“Yuta Cazz” – “Los-Anceles Leykers” – 123:132

“Bruklin Nets” – “İndiana Peysers” – 109:136

“Minnesota Timbervulvz” – “Toronto Reptors” – 117:94

“Nyu-York Niks” – “Orlando Mecik” – 102:111

“Oklahoma-Siti Tander” – “Los-Anceles Klippers” – 108:101

“Filadelfiya 76ers” – “Detroit Pistons” – 93:106

“Sakramento Kinqs” – “Memfis Qrizzlis” – 112:123

“LANDAU Lions” məğlub olub İoannis Diamantakos: “Azərbaycan mühüm basketbol mərkəzinə çevrilə bilər” “Sabah” NTD-ni məğlub etdi Nik Perkins: “Səhvlərimizdən nəticə çıxarmalıyıq” Lazar Spasiç: “Məğlubiyyətimizin əsas səbəbi…”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью