Dondurmanın içindən ilan çıxdı FOTO

07.03.2025

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Cənubi Asiya ölkəsi Tailandda bir nəfər küçə satıcısından dondurma alıb və içindən ilan çıxıb.

Medicina.az xarici mediaya istinadla xəbər verir ki, dondurmanın içərisində qara-sarı rəngdə görünən ilanın fotolarını sosial şəbəkədə paylaşan gənc, "Şirin gözlü ilan, hələ ölməmisən? Yol kənarından aldığım qara lobya dondurması. Bu real şəkildir", deyə yazıb.

Mütəxəssislər müəyyən ediblər ki, dondurmanın içərisindəki Cənub-Şərqi Asiyadan, yüngül zəhərli növ olan "qızıl ağac ilanı"dır.

İlanların bəxt və bolluq gətirdiyinə inanan bir qrup taylandlı sosial media istifadəçisi gəncə uğurlar arzulasa da, digər bir qrup gigiyena və istehsal şərtlərini tənqid edərək səlahiyyətlilərə səslənib.

Tayland mətbuatının əlaqə saxladığı gənc hadisədən sonra dondurmanı aldığı satıcıya aparıb geri qaytardığını bildirib.




Aygün

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью