Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Florida ştatında 69 yaşlı kişi dondurma üstündə yaranan mübahisəyə görə iki qonşusunu öldürüb.
Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, əraziyə çağırılan polis qanun pozuntusu aşkar etməyib və oranı tərk edib.
Bir saat sonra eyni ünvandan silah səsləri barədə 911-ə şikayətlər daxil olub. Polis yenidən həmin ünvana gedib.
Evin sahibi Mark Linn Robinson könüllü təslim olaraq iki nəfəri güllələdiyini etiraf edib. O bildirib ki, polislər getdikdən sonra qonşularının qisas almaq üçün geri dönəcəyindən qorxub və 12 kalibrli ov tüfəngini hazır saxlayıb.
Onun iddiasına görə, qonşular bıçaqla hücum edib, o isə özünü müdafiə etmək üçün atəş açıb.
Faktla bağlı araşdırma aparılır.
Gülşən Şərif