Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq və dietoloq Anton Polyakov danışıb.
Həkimin sözlərinə görə, dondurulmuş meyvə və tərəvəzlərin özü sağlamlıq üçün zərərli deyil. Lakin soyuducu avadanlıqlarda problem yaranarsa və məhsullar düzgün temperaturda saxlanılmazsa, müəyyən risklər ortaya çıxa bilər.
A.Polyakov bildirib ki, xüsusilə məhsulların saxlanma qaydalarına nəzarət edilməlidir. Onun sözlərinə görə, bir dəfə əridilmiş meyvə və ya tərəvəzi yenidən dondurmaq məsləhət görülmür.
Həkim qeyd edib ki, təkrar dondurma zamanı məhsulların faydalı xüsusiyyətləri əhəmiyyətli dərəcədə azalır və onların qida dəyəri aşağı düşür.
Həmidə İbrahimova