Dönər üçün istifadə edilən ət yalnız AQTAnın təsdiqlədiyi kəsim məntəqəsindən alınmalıdır

04.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda əksini tapıb.


Qaydaya əsasən, ictimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması bölməsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər bölmələrində istifadə olunmasına yol verilməməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью