Dönər ustası 40 kiloqram əti çölə atdı, AQTA hərəkətə keçdi

14.10.2026

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Halal Food” MMC-dən aldığı toyuq ətinin keyfiyyətində ciddi nöqsanlar aşkar etdiyini bildirən dönər ustası Yusif Qardaşzadə ilə bağlı xəbər vermişdik.

Məsələ ilə bağlı "Bakupost"un Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) ünvanladığı sorğudan və sahibkarın müraciətindən sonra agentlik tərəfindən MMC-yə məxsus toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbas Orucova məxsus obyektə baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərinin olmadığı, həmçinin digər nöqsanların mövcudluğu aşkarlanıb.

Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülür.

Qeyd edək ki, "Yusif Qardaşzadə ötən gün "Bakupost"a açıqlamasında “Halal Food” MMC-dən dönər şişi üçün aldığı toyuq ətinin keyfiyyətsiz olduğunu, məhsulun içində yad cisimlər aşkarladığını bildirmişdi.Sahibkar yararsız hesab etdiyi 40 kiloqram əti tulladığını, şirkətin isə dəymiş zərəri qarşılamadığını iddia etmişdi.

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью