Dönərdən zəhərlənən 35 nəfərin vəziyyəti açıqlandı

26.06.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, dünən Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

TƏBİB-dən "Unikal"a bildirilib ki, ötən gün saat 16:55 radələrindən başlayaraq 35 nəfər (16-sı kişi, 19-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə burxılıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью