Donetsk üçün faciə: 150 min nəfərin təxliyəsi istənildi

15.02.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Donetsk "respublikasının" qondarma rəhbəri Denis Puşilin 150 min əhalinin təxliyə olunmasını Moskvadan xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Puşilin baş nazirin müavini Marat Xusnullinlə görüşdə yaya doğru bəzi Donetsk sakinlərinin təxliyəsi ilə bağlı xahişini bir daha təkrarlayıb.

“Puşilin bu yay Donetskdə su təchizatının zəif olacağında israr edir və onun fikrincə, insanlar bu vəziyyətdə ölə, xəstələnə biləcək və ona görə də ən azı 150 min insanın təxliyəsini xahiş edir. Kreml isə onun xahişini rədd edib və Donetsk əhalisinin təxliyə olunmasını qadağan edib”, - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью