Donetskdə azərbaycanlı hərbçi yaralandı FOTO

16.01.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Donetsk vilayətində Ukrayna ordusu tərəfində vuruşan azərbaycanlı hərbçi yaralanıb.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, Bəşirzadə Təyyar Əli oğlu Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında güllə yarası alıb.

Hazırda vəziyyəti orta ağır olan azərbaycanlı Ukrayna şəhərlərinin birində xəstəxanaya yerləşdirilib.

Əslən Bərdə rayonundan olan T.Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью