Donetskdə Ukrayna ordusu tərəfində vuruşan azərbaycanlı hərbçi yaralanıb AzPolitika onlayn siyasi ictimai qəzet

16.01.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donetsk vilayətində Ukrayna ordusu tərəfində vuruşan azərbaycanlı hərbçi yaralanıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Bəşirzadə Təyyar Əli oğlu Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında güllə yarası alıb.

Hazırda vəziyyəti orta ağır olan azərbaycanlı Ukrayna şəhərlərinin birində xəstəxanaya yerləşdirilib.

Əslən Bərdə rayonundan olan T.Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью