Döngəyə sərt girən sürücü “BMW”ni aşırıb xəstəxanalıq oldu VİDEO

22.07.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Göyçay rayonu, Qaraməryəm kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 21-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-UK-880 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəzaya düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün döngəyə sərt girməsi olub. Nəticədə maşın yoldan çıxaraq aşıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəzalı maşın ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью