Döngəyə sürətlə girən sürücü qorxulu anlar yaşatdı VİDEO

29.07.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda qaydaları pozan sürücü yolda qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 25-də, Ağ Şəhərdə qeydə alınıb. Belə ki, 99-MZ-399 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü döngəyə yüksək sürətlə daxil olub. O, düzgün trayektoriya ilə dönə bilmədiyi üçün əks yola çıxıb. Bu zaman qarşıdan gələn avtomobillə toqquşma riski yaranıb. Görüntünü qeydə alan sürücü təhlükəni görən anda dayanaraq baş verə biləcək qəzanın qarşısını alıb.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью