Dönmə işığını yandırıb istədiyi kimi hərəkət edən sürücü təhlükə yaratdı VİDEO

03.02.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Sumqayıt şəhəri, Sülh prospektində qayda pozan sürücü avtomobilin videoqeydiyyatçısına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 2-də saat 11:58 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, 77-NB-633 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq solda hərəkətdə olan nəqliyyat vasitəsinə məhəl qoymadan həmin zolağa keçib. Nəticədə görüntünü qeydə alan sürücü üçün qəza şəraiti yaranıb.

Qeyd edək ki, dönmə işığının yandırılması sürücüyə hərəkət üstünlüyü vermir. Siqnal yalnız niyyəti bildirir, manevr isə digər hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edildikdən sonra həyata keçirilməlidir. Bu cür yanlış düşüncə isə yollarda qəza riskini artıran əsas səbəblərdən biridir.

Nərmin

Oxunub 252

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью