Dönmə işığını yandırıb maşını sürücünün üzərinə sürdü 77 AX 425 VİDEO

12.05.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Qaradağ rayonu, Sanqaçal qəsəbəsində qayda pozan sürücü anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 8-də saat 11:24 radələrində qeydə alınıb. Hərəkətdə olan 77-AX-425 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan sola keçib və bu vaxt görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü sola manevr edərək baş verəcək qəzadan yayınıb. 

Təəssüf ki, bəzi sürücülər dönmə işığını yandırdıqları vaxt manevr edə biləcəklərini düşünürlər. Lakin hər bir sürücü zolağın boş olduğunu əmin olduqdan sonra keçmək istədiyi zolağa manevr etməlidir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью