Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
PSJ-nin qapıçısı Canluici Donnarumma ötən mövsüm qazanılan kubokların təqdimat mərasimində "Park de Prens"də fəxri qonaq olub.
Fanat.Az xəbər verir ki, mərasim Liqa 1-in 2-ci turunda parislilərin ötən axşam "Anje"ni minimal hesabla (1:0) məğlub etdiyi matçdan sonra baş tutub.
Tribunalar 25 yaşlı italyanı tribunanın önünə səsləyərək sürəkli alqışlarla qarşılayıblar. Donnarumma mərkəzi tribunaya çıxıb, tamaşaçıları salamlayıb və fanatların uzun alqışlarından təsirlənib.
Müqaviləsinin müddəti 2026-cı ilə qədər qüvvədə olsa da, avqustun 12-də klubdan ayrılacağını elan edən qapıçı Paris nəhəngindəki karyerası ərzində 161 oyun keçirib, bunun 56-da toru toxunulmaz saxlayıb.
Mirağa