Donnaruma ağır zədə aldı

19.12.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Fransa Liqa 1-in 16-cı turunun "Monako" ilə matçında PSJ-nin qapıçısı Canluici Donnarumma üzündən dəhşətli zədə alıb. SİA xəbər verir ki, italyan qolkiper 17-ci dəqiqədə rəqib futbolçu ilə mübarizədə üzündən ağır zədə alıb. O, oyunu davam etdirə bilməyib.

Həkimlər Donnarummanın ağır zədəsinə elə stadionda müdaxilə etməli olublar. Nəticədə qapıçının yanağına 10-a yaxın tikiş atılıb.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью