Donnaruma ağır zədə aldı: Görün neçə tikiş atdılar FOTO

19.12.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Liqa 1-in 16-cı turunun "Monako" ilə matçında PSJ-nin qapıçısı Canluici Donnarumma üzündən dəhşətli zədə alıb.

Publika.az xəbər verir ki, italyan qolkiper 17-ci dəqiqədə rəqib futbolçu ilə mübarizədə üzündən ağır zədə alıb. O, oyunu davam etdirə bilməyib.

Həkimlər Donnarummanın ağır zədəsinə elə stadionda müdaxilə etməli olublar. Nəticədə qapıçının yanağına 10-a yaxın tikiş atılıb.

Qeyd edək ki, qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью