futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliya millisinin qapıçısı Canluici Donnarumma DÇ-2026-nın seçmə mərhələsində Norveçə uduzduqları görüşü şərh edib.
Futbolpress.az “RAİ Sport”a istinadən xəbər verir ki, qolkiper 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Danışacaq sözüm yoxdur. Mediaya hörmət etdiyim üçün burdayam, amma etiraf edim ki, azarkeşlərimiz bu performansa layiq deyildi. Özümüzə diqqət etməli və bu bataqlıqdan çıxmalıyıq. Biz İtaliyayıq, bu cür nəticə qəbuledilməzdir. Hər birimiz səhvlərimizdən dərs çıxarmalıyıq”.