Donnarumma 0:3 ü belə şərh etdi

07.06.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turu çərçivəsində dünən Norveç seçməsinə səfərdə 0:3 hesabı ilə uduzan İtaliya millisinin qapıçısı Canluici Donnarumma ağır yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, PSJ-nin qolkiperinin sözlərini "RAI Sport" belə çatdırıb:

"İndi izahım yoxdur. Biz etiraf etməliyik ki, belə çıxış azarkeşlərin gözləntiləri ilə uyğun gəlmir. Toparlanmalı, bu vəziyyətdən çıxmağa cəhd etməliyik. Biz İtaliyayıq və bu cür matç yolverilməzdir. Hər birimiz səhvlərimizi anlamalı, ardından isə birlikdə mövcud durumdan çıxış yolu axtarmalıyıq".

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью