Donnarumma gedir, ya qalır?

23.01.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

PSJ-nin qapıçısı Canluici Donnarumma klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, daha əvvəl "İnter"in italyan qolkiperlə maraqlandığı yazılmışdı. Donnarummanın PSJ ilə sözləşməsi isə 2026-cı ilin yayına qədərdir. 

26 yaşlı qapıçı məsələ ilə bağlı açıqlamasına hazırda yalnız PSJ ilə sözləşməni uzatmaq istədiyini deyib: 

“Çox söz-söhbət var, amma mənim prioritetim PSJ ilə yeni müqavilə imzalamaqdır. Burada özümü yaxşı hiss edirəm".

Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью