Donnarumma İngiltərə klubuna keçə bilər

30.07.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” italiyalı qolkiperin transferini yekunlaşdırmaq üzrədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

PSJ ilə yeni müqavilə danışıqlarında razılığa gələ bilməyən Donnarumma “qırmızı şeytanlar”a keçməyə müsbət yanaşır.

İtaliya millisinin də üzvü olan qapıçı ötən mövsümdə 47 oyunda 43 qol buraxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью