Donnarumma: “İtaliya forması üçün hər şeyə hazıram”

04.06.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya millisinin qapıçısı Canluici Donnarumma ölkəsini növbəti Yay Olimpiya Oyunlarında təmsil etməyə hazır olduğunu açıqlayıb.

İdman.Biz bildirir ki, oyunlar 14-30 iyul 2028-ci il tarixlərində Los-Ancelesdə keçiriləcək.

“Olimpiadaya vəsiqə qazanmağa ümid edirik. Əgər məşqçi məni kapitan təyin etməyi zəruri hesab edərsə, məmnun olacağam. İtaliya forması üçün hər şeyə hazıram”, - deyə Eurofoot sosial media səhifəsində Donnarummanın sözlərini sitat gətirir.

Qapıçı hazırda milli komandadadır və yoldaşlıq oyunlarında iştirak edir. Dünən, 3 iyun tarixində İtaliya Lüksemburqu 1:0 hesabı ilə məğlub edib. Bazar günü, 7 iyun tarixində isə onlar Yunanıstanla qarşılaşacaqlar.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью