Donnarumma “Mançester Siti”də

01.09.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Mançester Siti” yeni qapıçı transferini tamamlayıb.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya millisinin qolkiperi Canluici Donnarumma “şəhərlilər”in heyətinə qatılıb. 25 yaşlı qapıçı bu gün günortadan sonra tibbi müayinədən keçəcək.

Bildirilir ki, tərəflər arasında uzunmüddətli müqavilə bir neçə həftə əvvəl razılaşdırılıb. Edersonun “Fənərbağça”ya transferindən sonra “Siti” ilə PSJ bütün detalları yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью