Donnarumma üçün İngiltərə variantı

13.08.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

PSJ-dən ayrılacağını açıqlayan Canluici Donnarummanın meneceri Enzo Rayola açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Sky Sports”a danışan agent italiyalı qapıçıya İngiltərədən təkliflərin olduğunu deyib:

“Yeni variantları müzakirə edirik. Premyer Liqadan bir neçə klubdan maraq var. Donnarummanın yeni ünvanı İngiltərə ola bilər”.

Daha əvvəl “Mançester Yunayted”in Donnarummanı transfer etmək istədiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью