Donnarummadan ÇL də rekord göstərici

30.04.2025

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Arsenal” öz meydanında PSJ-yə 0:1 hesabı ilə məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, bu görüşdə Paris klubunun qapıçısı  Canluici Donnarumma gözəl qurtarışları ilə diqqət çəkib. O, matçda 5 əla seyv edib ki, bu da PSJ tarixində son 20 ildə Çempionlar Liqasının pley-off mərhələsindəki ən yüksək göstəricidir. İtaliyalı bu çıxışı ilə rekord göstəriciyə imza atıb.

Digər yarımfinal cütündə isə bu gün “İnter” və “Barselona” qarşılaşacaq .

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью