Donnarummanın taleyi Qalatasaray dan asılıdır

12.08.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

PSJ-nin qapıçısı Canluici Donnarumma “Mançester Siti”yə keçə bilər. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bu, yalnız “Qalatasaray”ın “şəhərlilər”in qolkiperi Edersonu transfer etməsi halında baş verəcək. İstanbul klubu artıq braziliyalı qapıçının mümkün transferi ilə bağlı mançesterlilərlə danışıqlar aparır. 

“Qalatasaray” Donnarummanı heyətinə qatmaq variantını nəzərdən keçirmir. Edersonun transferi üzrə danışıqlar aktiv şəkildə davam edir və bu, italiyalı futbolçunun Premyer Liqa klubuna keçidini asanlaşdıra bilər.

Qeyd edək ki, Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью