Donor olmaq istəyən deputatlar var Komitə sədri açıqladı

31.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Bəzən qanun qəbul edilir, amma həmişə işlənilmir".

"Unikal" xəbər verir ki, bu fikirləri bu gün Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər elmi-praktiki dəyirmi masada çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti ilə transplantasiya əməliyyatı həyata keçirilməsi üçün mexanizm işlənib hazırlandı:

"Burada Koordinasiya Mərkəzinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Deputatlarımızın bir hissəsi donor olmaq üçün sənədə imza atıblar. Bu əməliyyatdan sonra donor olmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью