Donu açılan “Neftçi”

02.02.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Ötən tur “Zirə” ilə heç-heçə nəticələnən oyundan sonra “Vernidubun kəlməsi”ni yazmağa səbəb yaranmışdı. Qısadı, oxuyun, qayıdın, davam edək.

Deyəsən, Vernidub son illər baş məşqçi problemini çözə bilməyən “Neftçi”nin dərdinə məlhəm ola biləcək.

4:0 hesablı qələbənin doğurduğu eyforiya deyil, hərçənd kifayət qədər güclü heyəti olan “Araz Naxçıvan” darmadağın edilib… Sadəcə, Vernidub gəlişindən bu yana komandadaxili ab-hava baxımından atdığı addımlarla, qısa vədəli strateji yanaşmaları ilə buna zəmin yaradırdı.

Həqiqətən, “Neftçi”nin bütövləşmə, Vernidubun dediyi kimi meydanda istəkli olma kimi həssas problemi vardı. Bu məqamı ilk dəfə elə ukraynalı mütəxəssis səsləndirmişdi və qeyd etmişdik ki, tam “doqquzluqdan” vurub.

Və budur, uzun aylar, bəlkə də illər sonra ilk dəfə “ağ-qaralar” bu qədər kompakt, israrlı və istəkli görünürdü. Həm də bu detallara ölçüləri dəqiq oyun amilini əlavə etsək, böyükhesablı qələbənin ciddi şəkildə işıqlı gələcəyə işarə etdiyini deyə bilərik.

Qalır düşərgənin psixoloji ab-havasını nizamlamaq. Başqa heç nəyə ehtiyac yoxdur, “Neftçi”nin tədricən yüksəlməsi üçün heyəti kifayətdir. Növbəti mövsümə ağıllı keçid edilsə…

Kamil Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью