Donuz ətinə görə 1 milyon cərimə Nəvainin rayderi

18.11.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

"Navai" ləqəbli azərbaycanlı reper Nəvai Bəkirov Yeni il korporativləri üçün qonorarını 6 milyon rubla qədər artırıb.

Axşam.az xəbər verir ki, bu barədə "Life" nəşri məlumat yayıb.

Bildirilib ki, musiqiçinin Qazaxıstana səfərindən əvvəl çıxış haqqı 4 milyon rubldan çox olmayıb. İfaçının qonorarından əlavə, onun və komandasının yol xərcləri üçün təxminən 50 min rubl, avadanlıqların Moskva və ətraf ərazilərə çatdırılması üçün isə 15 min rubl ödənilməlidir.

Reperin texniki və qonaqlama tələbləri siyahısına 10 banka şəkərsiz enerji içkisi, meyvə, giləmeyvə, çərəz, pendir və ət assortisi daxildir. Menyuda donuz ətinin olması halında sifarişçiyə 1 milyon rubl cərimə nəzərdə tutulur. Siyahıda həmçinin viskilər, şampanlar, siqaretlər, qəlyan və şəxsi qəlyançı yer alır.

Bundan başqa, komediyaçı Anton Borisovun adının çəkilməsinə görə də sifarişçiyə 1 milyon rubl cərimə tətbiq oluna bilər.

Təşkilatçılar reper və komandası üçün mühafizəçi, lüks salondan bərbər və həkim-foniatr da təmin etməlidirlər. Uzaq səfərlər zamanı komandanın hər bir üzvünə gündəlik 5 min rubl, xarici ölkələrdə isə 100 dollar ödənilməlidir.

Qeyd edək ki, Nəvai oktyabrın 14-də Qazaxıstana giriş zamanı saxlanılıb. Sənətçinin idarə etdiyi avtomobildə narkotik maddələr aşkarlanıb. Dindirmə zamanı reper həmin maddələrin ona məxsus olduğunu etiraf edib. O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və barəsində iki aylıq həbs qərarı verilib.

Oktyabrın 20-də isə ifaçının azadlığa buraxılıb. Nəvai barəsində cinayət işi dayandırılıb, özü isə Rusiyaya deportasiya edilib. Məlumatlara görə, reperə beş il müddətinə Qazaxıstana giriş qadağası qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью