Donuz son beş ilin ən yaxşı filmidir | Icma.az
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı məşhur rejissor, Hollivudun ən "qanlı" ekran əsərlərinin müəllifi Kventin Tarantino son 5 ilin ən yaxşı filmlərindən birinin adını açıqlayıb.
Reyting.az-ın məlumatına görə, Kventin Tarantinonun adını çəkdiyi həmin filmdə baş rolu Nikolas Keyc oynayıb.
Tarantino müxtəlif filmlər haqqında fikirlərini bölüşməyi çox sevir.
Əfsanəvi rejissor bu dəfə kinoda və Hollivudda kifayət qədər tanınan rejissor həmkarından, yəni "Donuz" adlı ekran əsərini ərsəyə gətirən Maykl Sarnoskinin filminə həvəslə tamaşa etdikdən sonra öz təəssüratlarını bölüşüb.
Tarantino həmin filmin son 5 ilin ən yaxşı filmlərindən biri olduğunu deyib. Sözügedən film Nikolas Keycin iştirakı ilə çəkilib.
Hollivud ulduzu bu filmdə baş rolda ifa edib. Filmin 2021-ci ilin ən yaxşı trilleri olduğunu deyirlər.
Filmdə süjet səhrada yaşayan ünsiyyətsiz bir adamdan bəhs edir.
Tam oxu
Xəbəri oxu