Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər həftə yeni geyim almaq qadınlarda xoşbəxtlik və rahatlıq hissini artıra bilər.
Ölkə.az xəbər verir ki, bu barədə aparılan elmi araşdırmalar maraqlı nəticələr ortaya qoyub.
2014-cü ildə "Journal of Consumer Psychology" jurnalında yayımlanan tədqiqata görə, yeni bir şey almaq beyində dopamin hormonunun ifrazını artırır. Bu isə insanda müvəqqəti nəzarət hissi yaradır və əhval-ruhiyyəni yaxşılaşdırır. Eyni zamanda alış-veriş zamanı ifraz olunan endorfin hormonu qısa müddətli stressin azalmasına kömək edir.
Lakin psixoloqlar xəbərdarlıq edir ki, alış-veriş emosional qaçış vasitəsinə çevrildikdə mənfi nəticələr yarada bilər. Bu hal həm günahkarlıq hissinə, həm də maddi çətinliklərə səbəb olaraq mənfi bir dövr formalaşdıra bilər.
Mütəxəssislər bildirir ki, alış-veriş həqiqətən insanı yaxşı hiss etdirə bilər, lakin bunun üçün proses şüurlu və nəzarətli şəkildə həyata keçirilməlidir.
Həmidə İbrahimova