Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Maliyyə Nazirliyi 2025-ci ilin doqquz ayı üzrə dövlət və icmal büdcələrin icra göstəricilərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib.
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 29.1 milyard manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1.4 milyard manat və ya 5.1% çoxdur.
Gəlirlər strukturuna görə, qeyri-neft sektorunun payı 51.4% (15 milyard manat), neft sektorunun payı isə 48.6% (14.1 milyard manat) olub.
Xərclər üzrə icra 24.7 milyard manat təşkil edib. Əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin bərpası, dövlət pro
Xərclərin strukturunda cari xərclər 61%, əsaslı xərclər 32.9%, dövlət borcuna xidmət xərcləri isə 6.1% təşkil edib.