Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

16.10.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 oktyabr, AZƏRTAC

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda (əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələr nəzərə alınmadan) 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azdır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə istehsal olunan elektrik enerjisinin 19 milyard 452,5 milyon kilovat-saatı əmtəəlik məhsulun payına düşüb ki, bu da ötən illə müqayisədə 9,5 faiz azdır.

Hesabata əsasən, külək elektrik stansiyalarından istehsal 27,1 dəfə artaraq 841,3 milyon kilovat-saat, Günəş elektrik stansiyalarından istehsal 10,1 faiz artaraq 533,2 milyon kilovat-saat, su elektrik stansiyalarından istehsal isə 15 faiz artaraq 2 milyard 739,5 milyon kilovat-saat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью