Doqquz ayda ölkəyə 350 milyon dollarlıq geyim məhsulu gətirilib

18.10.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan geyim əşyaları və geyim üçün ləvazimatların idxalına 346 milyon 452 min dollar dəyərində xərc çəkib.

Oxu.Az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 299 milyon 74 min dollar təşkil edib.

Nəticədə geyim əşyaları və geyim üçün ləvazimatların idxal dəyərində təxminən 47 milyon dollar artım olub.

Geyim əşyaları və geyim üçün ləvazimatların idxal dəyəri artsa da, onların ümumi idxaldakı payında azalma müşahidə olunub. Cari ildə bu göstərici 2.04 faiz təşkil edib, ötən ilin eyni dövründə isə 2.07 olub. Beləliklə, ümumi idxal payında 0.03 faiz bəndi azalma qeydə alınıb.

Aqil Vəlili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью