Doqquz futbolçusu ilə yollarını ayıran Neftçi də son vəziyyət

10.06.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Yeni mövsüm üçün güclü heyət qurmaq istəyən "Neftçi" bəzi futbolçularla maraqlanmağa başlayıb".

Bunu Oxu.Az-a açıqlamasında "Neftçi" klubunun mətbuat katibi Asəf Zeynallı deyib.

"Transfer çalışmalarımız davam edir. Bir çox futbolçu ilə maraqlanırıq, izləyirik, diqqət mərkəzində saxlayırıq. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək", - deyə A.Zeynallı bildirib.

Qeyd edək ki, yerli mediada yayılan xəbərlərə görə, "ağ-qaralar" artıq Cənubi Kiprin "Apollon" klubunun futbolçusu Yorqos Malekkidis ilə danışıqlara start verib.

Xatırladaq ki, Misli Premyer Liqasında ötən mövsümü altıncı yerdə başa vuran "Neftçi" doqquz futbolçusu ilə yollarını ayırıb.

Anar Həsənov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью