Doqquz gün əvvəl Kürdə batan yeniyetmə qızın meyiti tapılıb AzPolitika onlayn siyasiictimai qəzet

02.01.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il dekabr ayının 24-də səhər saatlarında Zərdabda Kür çayında batan 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti tapılıb.

"Report"un yuxarı Şirvan bürosu xəbər verir ki, meyit batdığı yerdən təqribən 15-16 km aralıda Kür çayının Kürdəmir rayon Söyüdlü kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Dalğıc axtarış qrupunun əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью