Doqquz il əvvəl itkin düşən qadının öldürüldüyü məlum oldu

13.11.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Modern.az-a bildirilib ki, polis və Penitensiar xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub.

"O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.

Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью