Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Hindistanın Medçal-Malkajgiri rayonunda doqquz nəfərin 10-cu sinif şagirdinə təcavüz etdiyi iddia edilir. Artıq səkkiz şübhəli həbs olunub.
“Cebheinfo.az” xəbər verir ki, “The Times of India” qəzeti bu barədə Alval polisinə istinadən məlumat yayıb.
“Doqquz təqsirləndirilən şəxsdən səkkizi həbs olunub və qaçan doqquzuncu təqsirləndirilən şəxsin axtarışı aparılır”, - deyə polis bildirib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, təcavüzkarlar qızın tanışının köməyi ilə onu qaçırıb və üç gün ərzində ona cinsi təcavüz ediblər. Medçal-Malkajgiri rayonundakı Alval polis bölməsində cinayət işi açılıb. Doqquzuncu şübhəlinin axtarışı davam edir.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin