Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İngiltərənin "Mançester Siti" klubu 1957-ci ildən sonra ilk dəfə 4 qol buraxdığı matçda qalib gəlib.
"Cebheinfo.az" "Opta"ya istinadən xəbər verir ki, "şəhərlilər" buna ötən gün Premyer Liqanın XIV turunda "Fulhem"i məğlub etdikləri oyunda (5:4) nail olub.
Mançester təmsilçisi 68 il əvvəl "Şeffild Uensdey"i eyni hesabla üstələyib.
Qeyd edək ki, "Mançester Siti" hazırda 28 xalla ikinci pillədə qərarlaşıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin