Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. “Formula-1” üzrə dünya çempionatının Azərbaycan mərhələsinə az qaldı.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, ümumilikdə 12 tribuna tədbir iştirakçılarını qarşılayacaq, bunlardan ikisi yeni tikilib.
"Football-plus.az" xəbər verir ki, 9 tribunaya biletlər artıq satılıb.
2025-ci ildə 20 mindən çox oturacaq yeri nəzərdə tutulub, ilk bilet Avstraliyadan alınıb, indiyə qədər isə 100-dən çox ölkənin vətəndaşlarına bilet satılıb.Sentyabrın 19-da italyan-amerikalı məşhur dicey Anima Bakı səmasını elektron musiqi və vizual sənət elementləri ilə dolduracaq.
Ertəsi dünyaca məşhur dicey Martin Qarriks enerjili ritmlərlə həftəsonuna həyəcan qatacaq.
Sentyabrın 21-də isə qlobal musiqi fenomeni “Glass Animals” çıxışı ilə tədbiri zirvəyə daşıyacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.